ZehinX
← Mövzulara qayıt

DƏNİZÇİLİK

Beynelxalq deniz hüququ

Bu mövzu üzrə imtahan sualları

100

Ümumi sual

100

Görünən sual

Pulsuz

Status

🔒 Premium ilə imtahan ver →
Pulsuz istifadəçi üçün bu mövzuda 100 sual göstərilir. İmtahana başlamaq üçün premium paket aktivləşdirilməlidir.
1

Hansı variantda dəniz rabitə sistemi qeyd olunmuşdur?

A) INMARSAT
B) INTELSAT
C) UNCTAD
D) MAQATE
E) UNIDO

İzah premium paketdən sonra göstəriləcək.

2

Beynəlxalq hüquqi baxımından dəniz məkanlarının hansı istiqamətlərdə ümumi təsnifatı aparılır?

A) dövlətin yurisdiksiyası altında olan və beynəlxalq rejimli dəniz məkanları
B) üçüncü dövlətlərin yurisdiksiyası altında olan və Beynəlxalq Dəniz Təşkilatının nəzarətində olan dəniz məkanları
C) Dəniz Dibi üzrə Beynəlxalq orqanın nəzarətində olan və universal rejimli dəniz məkanları
D) lokal, regional və universal dəniz məkanları
E) sahilyanı dövlətlərə məxsus olan və inkişaf etmiş dəniz dövlətlərinə məxsus olan dəniz məkanları

İzah premium paketdən sonra göstəriləcək.

3

Birləşmiş Millətlər Təşkilatının 1982-ci il tarixli Dəniz hüququ haqqında Konvensiyasına əsasən ərazi sularının eni neçə dəniz milidir?

A) 36
B) 12
C) 24
D) 200
E) 3

İzah premium paketdən sonra göstəriləcək.

4

”Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyaya əsasən ərazi sularının eni neçə dəniz mili müəyyən edilmişdir?

A) 200
B) 24
C) 12
D) 15
E) 22

İzah premium paketdən sonra göstəriləcək.

5

Daxili suların hüquqi rejimi hansı qanunvericiliklə tənzimlənir?

A) Beynəlxalq dəniz hüququ ilə
B) Sahilyanı dövlətin milli qanunvericiliyi ilə
C) Birləşmiş Millətlər Təşkilatının 1982-ci il Konvensiyası ilə
D) Ərazi dənizi və bitişik zona haqqında 1958-ci il Cenevrə Konvensiyası ilə
E) Dövlətlərarası müqavilələr ilə

İzah premium paketdən sonra göstəriləcək.

6

Dənizlə baqaj daşınması müqaviləsi nə ilə rəsmiləşdirilir?

A) qəbzlə
B) biletlə
C) konosamentlə
D) çarterlə
E) qaimə ilə

İzah premium paketdən sonra göstəriləcək.

7

“Xəzərin hüquqi statusu haqqında” Konvensiya Xəzərdə hanzı ərazilərin yaradılmasını nəzərdə tutur?

A) ərazi dənizi və müstəsna iqtisadi zona
B) müstəsna iqtisadi zona və kontinental şelf
C) ərazi dənizi və balıqçılıq zonası
D) kontinental şelf və təhlükəsizlik zonası
E) açıq dəniz və bitişik zona

İzah premium paketdən sonra göstəriləcək.

8

Çarter müqaviləsi nədir?

A) Gəminin alqı-satqı müqaviləsi
B) Gəminin müəyyən müddətə və ya səfərə icarəyə verilməsi haqqında müqavilə
C) Beynəlxalq yükdaşıma qaydaları
D) Sərnişindaşıma haqqında razılaşma
E) Dəniz sığortası sənədi

İzah premium paketdən sonra göstəriləcək.

9

Aşağıdakı beynəlxalq müqavilələrdən biri dəniz üzgüçülüyünün beynəlxalq tənzimləməsinin 4 əsas “sütunundan” biri deyil?

A) MLC Konvensiyası
B) SOLAS Konvensiyası
C) MARPOL Konvensiyası
D) SAR Konvensiyası
E) DHDNÇ Konvensiyası

İzah premium paketdən sonra göstəriləcək.

10

Gəminin sıravi heyətinə daxildir:

A) gəmi həkimi
B) ixtisaslaşmış motorçu
C) növbə mexaniki
D) kapitanın baş köməkçisi
E) radiomütəxəssis

İzah premium paketdən sonra göstəriləcək.

11

Açıq dənizdə olan gəmi üzərində hansı dövlətin yurisdiksiyası vardır?

A) bütün dövlətlərin
B) Beynəlxalq Dəniz Təşkilatının üzv dövlətlərinin
C) heç bir dövlətin
D) sahilyanı dövlətin
E) bayraq dövlətinin

İzah premium paketdən sonra göstəriləcək.

12

Müstəsna iqtisadi zona nədir?

A) başlanğıc xətlərdən 350 dəniz mili məsafəyədək olan ərazidə yerləşən, yalnız canlı ehtiyatları üzərində sahilyanı dövlətin müstəsna hüquqlara malik olduğu dəniz ərazisi
B) başlanğıc xətlərdən 200 dəniz mili məsafəyədək olan ərazidə yerləşən, canlı və mineral ehtiyatları üzərində region dövlətlərinin müstəsna hüquqlara malik olduqları dəniz ərazisi
C) başlanğıc xətlərdən 200 dəniz mili məsafədən başlayaraq dənizə doğru uzanan, canlı və mineral ehtiyatları üzərində bütün dəniz dövlətlərinin ümumi hüquqlara malik olduqları dəniz məkanı
D) başlanğıc xətlərdən 200 dəniz mili məsafəyədək olan ərazidə yerləşən, canlı və mineral ehtiyatları üzərində sahilyanı dövlətin müstəsna hüquqlara malik olduğu dəniz məkanı
E) sahilyanı dövlətin yurisdiksiyasından kənarda yerləşən, mineral ehtiyatları üzərində həmin dövlətin spesifik hüquqlara malik olduğu dəniz məkanı

İzah premium paketdən sonra göstəriləcək.

13

Açıq dənizdə hansı fundamental prinsip tətbiq olunur?

A) Məcburi VTS-in tətbiqi
B) Hərbi gəmilər tərəfindən müdaxilə
C) Dinc keçid
D) Sahilyanı dövlətin suverenliyi
E) Naviqasiya azadlığı

İzah premium paketdən sonra göstəriləcək.

14

Dəniz gəmiçiliyinin tənzimlənməsi üzrə əsas beynəlxalq təşkilat hansıdır:

A) ECOSOC
B) IMO
C) ICAO
D) UNCITRAL
E) INMARSAT

İzah premium paketdən sonra göstəriləcək.

15

Beynəlxalq dəniz dibi rayonunda hansı yanaşma tətbiq edilir?

A) İlk kəşf edən dövlət tərəfindən istismar hüququ
B) Yalnız elmi-tədqiqatlara icazə verilməsi
C) Bəşəriyyətin ümumi irsi
D) Dənizə çıxışı olmayan dövlətlərin iddia edə bilməməsi
E) Beynəlxalq Dəniz Təşkilatının yurisdiksiyası altında olma

İzah premium paketdən sonra göstəriləcək.

16

Tranzit keçid hüququ hansı dəniz məkanında tətbiq edilir?

A) Beynəlxalq boğazlarda
B) Ərazi dənizində
C) Bitişik zonada
D) Açıq dənizdə
E) Kontinental şelfdə

İzah premium paketdən sonra göstəriləcək.

17

Açıq dənizdə hansı azadlıq tətbiq edilmir?

A) Sualtı kabel və boru kəməri çəkmək azadlığı
B) Naviqasiya azadlığı
C) Uçuş azadlığı
D) Balıqçılıq azadlığı
E) Tranzit azadlığı

İzah premium paketdən sonra göstəriləcək.

18

Başlanğıc xətlərin müəyyən edilməsində əsas məqsəd nədir?

A) Açıq dəniz rejiminin müəyyən edilməsi
B) Ərazi dənizinin eninin ölçülməsi
C) Sahilyanı dövlətin sərhədlərinin müəyyən edilməsi
D) Dəniz quldurğulunun qarşısının alınması
E) Arxipelaq dövlətlərinin sahillərinin müəyyən edilməsi

İzah premium paketdən sonra göstəriləcək.

19

Konosament nədir?

A) Dənizlə daşınan yüklərin sığorta sənədi
B) Gəmilərin icarəyə verilməsinə dair müqavilə
C) Əsas gəmi sənədi
D) Dənizlə yükdaşıma müqaviləsi
E) Yükün çatdırılmasına dair sənəd

İzah premium paketdən sonra göstəriləcək.

20

Başlanğıc xətlərdən 200 dəniz milinə qədər uzanan, dövlətlərin həmin ərazinin canlı və mineral ehtiyatları üzərində müxtəlif dərəcələrdə yurisdiksiyaya iddia etdikləri dəniz məkanı hansıdır?

A) Beynəlxalq dəniz zonası
B) Müstəsna iqtisadi zona
C) Texnologiya zonası
D) Dəniz kommersiya zonası
E) Uzadılmış kontinental şelf

İzah premium paketdən sonra göstəriləcək.

21

Çarterlə konosamentin fərqi:

A) Çarter dənizlə yükdaşıma müqaviləsidir; konosament gəminin icarə müqaviləsidir
B) Çarter gəminin icarə müqaviləsidir; konosament əsas gəmi sənədidir
C) Çarter gəminin sığorta müqaviləsidir; konosament dənizlə yükdaşıma müqaviləsidir
D) Çarter gəminin icarə müqaviləsidir; konosament dənizlə yükdaşıma müqaviləsidir
E) Çarter yükü müşayiət edən sənəddir; konosament yükün çatdırılmasına dair sənəddir

İzah premium paketdən sonra göstəriləcək.

22

Azərbaycan Respublikasında hansı gəmi reyestrləri mövcuddur?

A) Açıq reyestr və qapalı reyestr
B) Beynəlxalq gəmi reyestri və dövlət gəmi reyestri
C) Dövlət gəmi reyestri və taym-çarter reyestri
D) Taym-çarter reyestri və berbout-çarter reyestri
E) Dövlət gəmi reyestri və berbout-çarter reyestri

İzah premium paketdən sonra göstəriləcək.

23

Dövlət bayraq nəzarəti nədir?

A) Dövlətin ərazi dənizinə daxil olan gəmilərin yoxlanılması və sertifikatlaşdırılması, bu sahədə dövlət nəzarəti
B) Dövlətin ərazi dənizinə daxil olan xarici gəmilərin yoxlanılması və bu sahədə dövlət nəzarəti
C) Dövlət bayrağı altında üzən gəmilərin yoxlanılması və sertifikatlaşdırılması, bu sahədə dövlət nəzarəti
D) Ərazi sularından dinc keçid hüququndan istifadə edən gəmilərin yoxlanılması və bu sahədə dövlət nəzarəti
E) Yalnız dövlətin daxili sularında və ərazi dənizində gəmilərin yoxlanılması və bu sahədə dövlət nəzarəti

İzah premium paketdən sonra göstəriləcək.

24

Dövlət liman nəzarəti nədir?

A) Dövlətin daxili sularına daxil olan və ya oranı tərk edən xarici gəmilərin beynəlxalq müqavilələrin tələblərinə uyğunluğunun yoxlanılması üzrə dövlət nəzarəti
B) Dövlət bayrağı altında üzən gəmilərin yoxlanılması və sertifikatlaşdırılması, bu sahədə dövlət nəzarəti
C) Dövlətin ərazi dənizinə daxil olan gəmilərin yoxlanılması və sertifikatlaşdırılması, bu sahədə dövlət nəzarəti
D) Dövlətin beynəlxalq səfərlər həyata keçirən gəmilərinin beynəlxalq müqavilələrin tələblərinə uyğunluğunun yoxlanılması üzrə dövlət nəzarəti
E) Limanlar idarələri tərəfindən tərəfindən xarici gəmilərin yoxlanılması və bu sahədə nəzarət həyata keçirməsi

İzah premium paketdən sonra göstəriləcək.

25

Dənizçilərin statusunu tənzim edən əsas beynəlxalq sənəd hansıdır?

A) MARPOL
B) SOLAS
C) UNCLOS
D) MLC
E) DHDNÇ

İzah premium paketdən sonra göstəriləcək.

26

Dənizçi kimdir?

A) Gəmi ilə daşınan və ya gəmidə yerləşdirilən, ofşor qurğularda və ya gəmilərdə sənaye işlərini yerinə yetirən şəxs
B) Gəmidə hər hansı vəzifədə işləyən və ya işlərə cəlb olunan şəxs
C) Gəminin bortunda olan, sərnişin hesab edilməyən istənilən şəxs
D) Dəniz yolu ilə sərnişin, baqaj və yük daşımaları ilə məşğul olan şəxs
E) Gəminin üzgüçülüyə yararlılığını və funksionallığını təmin edən şəxs

İzah premium paketdən sonra göstəriləcək.

27

Gəminin sıravi heyətinə kimlər daxildir?

A) gəmi kapitanı istisna olmaqla, gəminin komandir heyətinin digər üzvləri
B) gəmi kapitanının köməkçiləri, mexaniklər, elektromexaniklər, radiomütəxəssislər və gəmi həkimi
C) gəmi kapitanı və gəminin komandir heyətinin digər üzvləri istisna olmaqla digər dənizçilər
D) gəmi həkimi, aşpazlar, matroslar
E) gəmi kapitanı istisna olmaqla, gəminin bütün digər heyət üzvləri

İzah premium paketdən sonra göstəriləcək.

28

Sahilyanı dövlətin müstəsna yurisdiksiyası nə ilə məhdudlaşır?

A) Dəniz sahili
B) Müstəsna iqtisadi zona
C) Balıqçılıq yurisdiksiyası
D) Bitişik zona
E) Ərazi dənizi

İzah premium paketdən sonra göstəriləcək.

29

Gəminin komandir heyətinə kimlər daxildir?

A) gəmi kapitanı, gəmi kapitanının köməkçiləri, mexaniklər, elektromexaniklər, radiomütəxəssislər və gəmi həkimi
B) gəmi kapitanının köməkçiləri, mexaniklər, elektromexaniklər, radiomütəxəssislər və gəmi həkimi
C) yalnız gəmi kapitanı və onun köməkçiləri
D) gəmi kapitanı mexaniklər və matroslar
E) gəminin sıravi heyətinə daxil omayan gəminin bortunda olan bütün şəxslər

İzah premium paketdən sonra göstəriləcək.

30

MLC Konvensiyası dənizçilərin minimum yaş həddini neçə yaş müəyyən edir?

A) 15 yaş
B) 18 yaş
C) 20 yaş
D) 16 yaş
E) yaş həddi yoxdur

İzah premium paketdən sonra göstəriləcək.

31

Sərnişin daşıma müqaviləsi nə ilə rəsmiləşdirilir?

A) qaimə ilə
B) konosamentlə
C) çarterlə
D) biletlə
E) qəbzlə

İzah premium paketdən sonra göstəriləcək.

32

Dövlətlərin yurisdiksiyası hüdudlarından kənarda yerləşən dəniz dibi, okean dibi və yeraltı qat dəniz hüququnda hansı dəniz məkanı kimi müəyyən edilir?

A) Müstəsna iqtisadi zona
B) Beynəlxalq dəniz dibi rayonu
C) Kontinental şelf
D) Bitişik zona
E) Açıq dəniz

İzah premium paketdən sonra göstəriləcək.

33

Dəniz ətraf mühitinin mühafizəsinə dair beynəlxalq sənəd hansıdır?

A) UNCLOS
B) DHDNÇ
C) SOLAS
D) MARPOL
E) MLC

İzah premium paketdən sonra göstəriləcək.

34

Gəmi agenti limanlarda kimin adından fəaliyyət göstərir?

A) liman idarələrinin
B) limanlarda dövlət nəzarəti həyata keçirən şəxslərin
C) yalnız gəmi sahibinin
D) yalnız dəniz administrasiyalarının
E) gəmi sahibinin, fraxt edənin və ya gəmini digər qanuni əsaslarla istismar edən şəxsin

İzah premium paketdən sonra göstəriləcək.

35

Bitişik zonanın yaradılma məqsədlərinə daxil deyil:

A) gömrük
B) ekoloji
C) fiskal
D) immiqrasiya
E) sanitariya

İzah premium paketdən sonra göstəriləcək.

36

Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ verilmir:

A) Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan gəmilərə
B) Azərbaycan Respublikasının bələdiyyə mülkiyyətində olan gəmilərə
C) Azərbaycan Respublikasının hüquqi şəxslərinin mülkiyyətində olan gəmilərə
D) Xarici fiziki və hüquqi şəxslərin mülkiyyətində olan gəmilərə
E) Azərbaycan Respublikasının fiziki şəxslərinin mülkiyyətində olan gəmilərə

İzah premium paketdən sonra göstəriləcək.

37

Açıq dənizdə süni adaların yaradılması hansı hüquqla müəyyən edilir?

A) Milli hüquqla
B) Mülki hüquqla
C) Beynəlxalq hüquqla
D) İnzibati hüquqla
E) Cinayət hüququ ilə

İzah premium paketdən sonra göstəriləcək.

38

Ərazi dənizinin hüquqi rejimi kim tərəfindən müəyyən edilir?

A) Aparıcı dəniz dövlətləri tərəfindən
B) Beynəlxalq təşkilatlar tərəfindən
C) Sahilyanı dövlət tərəfindən
D) Qonşu dövlətlər tərəfindən
E) Dənizə çıxışı olan dövlətlər tərəfindən

İzah premium paketdən sonra göstəriləcək.

39

Sahilyanı dövlətin suveren ərazisinin tərkibinə daxildir?

A) Daxili sular və bitişik zona
B) Ərazi suları və müstəsna iqtisadi zona
C) Kontinental şelf və liman suları
D) Daxili dəniz suları və ərazi dənizi
E) Bitişik zona və ərazi dənizi

İzah premium paketdən sonra göstəriləcək.

40

1982-ci il Konvensiyasına görə daxili dəniz sularına aşağıdakılar aiddir?

A) Liman suları, buxtalar və körfəzlər
B) Körfəzlər, ərazi suları və bitişik zona
C) Buxtalar, iqtisadi zona və kontinental şelf
D) Qapalı dəniz, açıq dəniz və körfəzlər
E) Açıq dəniz, liman suları və buxtalar

İzah premium paketdən sonra göstəriləcək.

41

Gəmi heyətinin hüquqi statusu hansı qanunla tənzimlənir?

A) Dəniz gəmi idarəsinin nizamnaməsi ilə
B) Dəniz gəmi idarəsinin daxili intizam qaydası ilə
C) Tərəflərin arasında bağlanmış müqavilə ilə
D) Ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə
E) Gəminin bayrağı altında üzən ölkənin qanunvericiliyi ilə

İzah premium paketdən sonra göstəriləcək.

42

Açıq dəniz anlayışını qeyd edin:

A) Heç bir dövlətin suverenliyində deyil, ərazi dənizindən kənarda yerləşir
B) Sahilyanı dövlətin suverenliyindədir, ərazi dənizindən kənarda yerləşir
C) Dənizə çıxışı olan dövlətlərin istifadəsi üçün açıq olan su hövzəsidir
D) Okeanların səthi açıq dəniz anlayışına daxil deyildir
E) İstənilən dövlət açıq dənizə iddia edə bilər

İzah premium paketdən sonra göstəriləcək.

43

Çarter müqavilələrinin əsas növləri hansılardır?

A) Berbout-çarter, ticarət çarteri, sərnişin çarteri
B) Layner çarteri, kruiz çarteri, sahil çarteri
C) Səfər çarteri, taym-çarter, berbout çarter
D) Beynəlxalq çarter, daxili çarter, xüsusi çarter
E) Konteyner çarteri, yük çarteri, berbout-çarter

İzah premium paketdən sonra göstəriləcək.

44

Taym-çarter müqaviləsi nədir?

A) Gəminin müəyyən müddətə heyətlə icarəyə verilməsi
B) Gəminin heyətsiz icarəyə verilməsi
C) Gəminin qısamüddətli səfərlər üçün icarəyə verilməsi
D) Gəminin bir hissəsinin icarəyə verilməsi
E) Gəminin 5 illik tam icarəyə verilməsi

İzah premium paketdən sonra göstəriləcək.

45

Berbout-çarter müqaviləsinin əsas xüsusiyyəti nədir?

A) Heyətsiz gəminin icarəyə verilməsi
B) Gəminin müəyyən yük daşımaq üçün istifadəsi
C) Sərnişinlərin fraxtedən qismində çıxış etməsi
D) Yalnız dövlətlər arasında bağlanması
E) Qısamüddətli səfərlər üçün nəzərdə tutulması

İzah premium paketdən sonra göstəriləcək.

46

Aşağıdakılardan hansı beynəlxalq dəniz hüququna əsasən dəniz zonası hesab edilmir?

A) ərazi suları
B) kontinental şelf
C) bitişik zona
D) sərhəd zolağı
E) müstəsna iqtisadi zona

İzah premium paketdən sonra göstəriləcək.

47

Hansı hal ərazi sularından dinc keçid hüququnun pozulması sayılır?

A) Gəminin sərnişin daşımaları ilə əlaqədar fəaliyyət göstərməsi
B) Gəminin sülh şəraitində ərazi sularında hərəkət etməsi
C) Gəminin balıqçılıq fəaliyyəti ilə məşğul olması
D) Gəminin yalnız beynəlxalq ticarət malları daşıması
E) Gəminin yalnız xarici dövlətin bayrağını daşıması

İzah premium paketdən sonra göstəriləcək.

48

Gəminin limana girişi və çıxışı kim tərəfindən rəsmiləşdirilir?

A) gəmi kapitanı
B) liman kapitanı
C) operator
D) liman dispetçeri
E) sərhəd xidmətinin əməkdaşı

İzah premium paketdən sonra göstəriləcək.

49

Aşağıda göstərilən fəaliyyət növrərindən biri ticarət gəmiçiliyi fəaliyyəti hesab edilmir:

A) dəniz limanlarında yoxlamaların aparılması
B) gəmilərin dəniz bələdçisi ilə keçirilməsi
C) dənizin dibində və təkində mineral ehtiyatların kəşfiyyatı və hasilatı
D) yedəkləmə, buzqırma, axtarış və xilasetmə əməliyyatları
E) dənizdə batmış əmlakın qaldırılması

İzah premium paketdən sonra göstəriləcək.

50

Azərbaycan Respublikasın Ticarət Gəmiçiliyi Məcəlləsinə əsasən, “kabotaj” anlayışı nəyi ifadə edir?

A) Azərbaycan Respublikasının və digər Xəzəryanı ölkələrin dəniz limanları arasında icra edilən daşıma
B) Azərbaycan Respublikasının dəniz limanları arasında icra edilən dəniz yedəkləməsi
C) Azərbaycan Respublikasının və xarici ölkələrin dəniz limanları arasında icra edilən daşıma və dəniz yedəkləməsi
D) Azərbaycan Respublikasının dəniz limanları və dəniz əməliyyatları bazaları arasında icra edilən daşıma və dəniz yedəkləməsi
E) Azərbaycan Respublikasının dəniz əməliyyatları bazaları arasında icra edilən dəniz yedəkləməsi

İzah premium paketdən sonra göstəriləcək.

51

Müstəsna iqtisadi zona nədir?

A) ərazi dənizinin başlanğıc xətlərinədn 100 dəniz mili məsafədə yerləşən zona
B) sahilyanı dövlətin ərazi dənizinə bitişik olan və bu ərazidən başlayan, başlanğıc xətlərdən 200 dəniz mili məsafədə müəyyən edilən zona
C) ərazi dənizinin ölçülməsi məqsədilə müəyyən edilən başlanğıc xətlərdən ən azı 200 və ən çoxu 300 dəniz mili məsafədə yerləşən zona
D) ərazi dənizinin ölçülməsi məqsədilə müəyyən edilən başlanğıc xətlərdən ən azı 3 və ən çoxu 300 dəniz mili məsafədə yerləşən zona
E) qeyd edilənlərdən heç biri

İzah premium paketdən sonra göstəriləcək.

52

Dinc keçid hüququ hansı dəniz məkanında tətbiq olunur?

A) Müstəsna iqtisadi zanoda
B) Daxili sularda
C) Ərazi dənizində
D) Bitişik zonada
E) Açıq dənizdə

İzah premium paketdən sonra göstəriləcək.

53

Sahilyanı dövlətin qanunlarının pozuntusu zamanı isti izlərlə təqib etmə hüququ hansı dəniz məkanında yaranır?

A) Müstəsna iqtisadi zona
B) Yalnız daxili sular, ərazi dənizi və ya müstəsna iqtisadi zona
C) Yalnız daxili sular və ya ərazi dənizi
D) Açıq dəniz
E) Daxili sular, arxipelaq suları, ərazi dənizi və ya bitişik zona

İzah premium paketdən sonra göstəriləcək.

54

Başlanğıc xətlərdən sahilə doğru hissədə qalan su sahəsi necə adlanır?

A) Daxili sular
B) Ərazi dənizi
C) Bitişik zona
D) Liman suları
E) Kontinental şelf

İzah premium paketdən sonra göstəriləcək.

55

Xilasetmə haqqında Beynəlxalq Konvensiyanın əsas məqsədi nədir?

A) Tərk edilmiş gəmilərin utilizasiyasına dair beynəlxalq qaydalar müəyyən etmək
B) Dənizdə qəzaya uğramış gəminin və insanların xilas edilməsinə dair beynəlxalq qaydalar müəyyən etmək
C) Xilasetmə əməliyyatları zamanı dənizdə insan həyatının təhlükəsizliyini təmin etmək
D) Gəmilərin toqquşması səbəbindən dəniz ətraf mühitinin çirklənməsinin qarşısını almaq
E) Batmış gəmilərin çıxarılmasına dair beynəlxalq qaydalar müəyyən etmək

İzah premium paketdən sonra göstəriləcək.

56

Açıq dənizlərin azadlığı konsepsiyası nəyi ifadə edir?

A) Sahilyanı dövlətlər ərazi dənizinə bitişik sular üzərində mütləq suverenliyə malikdirlər
B) Dənizlərin bütün dövlətlər üçün açıq olmasına dair və ya ərazi sularında tətbiq olunan qaydaların mövcud olmadığı xüsusi məhdud yurisdiksiya əraziləri mövcud deyildir
C) Açıq dənizin hər hansı hissəsi və ya resursu hansısa dövlətin müstəsna istifadəsində və ya yurisdiksiyasında ola bilməz
D) Bütün cavablar doğrudur
E) Dövlətlər öz ərazi dənizlərində və bitişik zonalarda gəmiçilik azadlığına malikdirlər

İzah premium paketdən sonra göstəriləcək.

57

Dəniz nəqliyyatı sahəsində qəbul edilmiş beynəlxalq müqavilələrdə sənaye işçiləri dedikdə kimlər nəzərdə tutulur?

A) Gəmidə hər hansı vəzifədə işləyən və ya işlərə cəlb edilən şəxslər
B) Neft-qaz sənayesi sahəsində fəaliyyət göstərən şəxslər
C) Dəniz sektorunun bütün istiqamətləri üzrə çalışan işçilər
D) Gəminin üzgüçülüyə yararlılığını və funksionallığını, eləcə də digər dəniz qurğularının maddi-texniki təminatı sahəsində çalışan şəxslər
E) Gəmi ilə daşınan və ya gəmidə yerləşdirilən, ofşor qurğularda və ya gəmilərdə sənaye işlərini yerinə yetirən şəxslər

İzah premium paketdən sonra göstəriləcək.

58

Dinc keçid hüququ nəyi ehtiva edir?

A) Başqa bir dövlətin ərazi sularında dinc məqsədli üzgüçülük
B) Dəniz məkanlarında bütün təhlükəsizlik prosedurlarına riayət etmə
C) Dənizin canlı ehtiyatlarının mühafizəsi
D) Okeanoqrafik və kəşfiyyat məlumatlarının toplanması fəaliyyətlərinə məhdudiyyətlərin qoyulması
E) Dənizə çıxışı olmayan dövlətlərin gəmilərinin dənizdə üzmək hüququ

İzah premium paketdən sonra göstəriləcək.

59

Gəmi agenti gəmi sahibi, fraxt edən və ya gəmini digər qanuni əsaslarla istismar edən şəxslə münasibətdə hansı hərəkətləri edə bilməz?

A) onları dövlət orqanlarında və liman idarəsində təmsil etmək
B) zərurət yarandıqda öz təşəbbüsü ilə gəminin heyət üzvlərinin dəyişdirilməsi ilə bağlı tədbirlər görmək
C) onların adından maliyyə tapşırıqlarını icra etmək
D) gəminin limana gəlməsini və limandan çıxmasını rəsmiləşdirmək
E) gəmi agenti xidmətləri göstərilən gəmi barədə məlumatları onlardan tələb etmək

İzah premium paketdən sonra göstəriləcək.

60

Dəniz quldurğuluğu barədə hansı fikir yanlışdır?

A) Saxlama və ya soyğunçuluq kimi qanunsuz əməlləri ehtiva edir
B) Şəxsi mənfəəət məqsədi daşıyır
C) Qanunsuz fəaliyyətdir
D) Açıq dənizdə digər gəmi və ya hava gəmisinin əleyhinə, yaxud onların göyərtəsində olan insan və mülkiyyətə qarşı yönəlir
E) Qarşısının alınması üçün yaradılan fond dəniz məkanlarının istismarından formalaşır

İzah premium paketdən sonra göstəriləcək.

61

Gəmilərə texniki nəzarət və onların şəhadətəndirilməsi kimlər tərəfindən həyata keçirilir?

A) beynəlxalq təşkilatlar
B) yalnız dövlətlər
C) dövlətlər və ya onların öz səlahiyyətlərini ötürdükləri təsnifat cəmiyyətləri
D) yalnız təsnifat cəmiyyətləri
E) gəmi sahibləri

İzah premium paketdən sonra göstəriləcək.

62

Əsas gəmi sənədlərinə aid deyildir:

A) yük konosamenti
B) gəmi jurnalı
C) çirkab sularla çirkləndirmənin qarşısının alınması haqqında şəhadətnamə
D) yük nişanı haqqında şəhadətnamə
E) Dövlət bayrağı altında üzmək hüququ haqqında şəhadətnamə

İzah premium paketdən sonra göstəriləcək.

63

Yükə sərəncamverici sənəd hansı daşıma sənədidir?

A) bəyannamə
B) qaimə
C) çarter
D) konosament
E) qəbz

İzah premium paketdən sonra göstəriləcək.

64

Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə yalnız Azərbaycan Respublikasının vətəndaşı olmaq tələbi hansı heyət üzvünə münasibətdə tətbiq edilmir?

A) gəmi kapitanı
B) növbə köməkçisi
C) gəmi kapitanının baş köməkçisi
D) baş mexanik
E) radiomütəxəssis

İzah premium paketdən sonra göstəriləcək.

65

Hansı halda gəminin kanallarda lövbərə dayanması qadağandır?

A) texniki nasazlıq nəticəsində gəmi dayandıqda
B) keçid digər gəmilər tərəfindən bağlandıqda
C) istənilən halda
D) hərəkəti davam etdirmək üçün açıq-aydın təhlükə olduqda
E) bunker əməliyyatı yerinə yetirdikdə

İzah premium paketdən sonra göstəriləcək.

66

MLC Konvensiyasına əsasən hansı işlərdə çalışan dənizçilərə münasibətdə minimum 18 yaş tələbi müəyyən olunur?

A) heç bir istisna yoxdur
B) gəmi aşpazı
C) gəmi həkimi
D) gecə əməyi və sağlamlığa və təhlükəsizliyə zərər vura biləcək işlər
E) gəmidə staj keçmə

İzah premium paketdən sonra göstəriləcək.

67

DHDNÇ Konvensiyasına əsasən dənizçilərə tibbi şəhadətnamə hansı müddətə verilir?

A) 16 yaşadək dənizçilərə 6 ay, 18 yaşadək dənizçilərə 2 il, 18 yaşdan yuxarı dənizçilərə 5 il müddətinə
B) bütün dənizçilərə 1 il müddətinə
C) 18 yaşadək dənizçilərə 1 il müddətinə, 18 yaşdan yuxarı dənizçilərə 2 il müddətinə
D) bütün dənizçilərə 2 il müddətinə
E) 20 yaşadək dənizçilərə 2 il, 20 yaşdan yuxarı dənizçilərə 5 il müddətinə

İzah premium paketdən sonra göstəriləcək.

68

Xarici dövlətlər müstəsna iqtisadi zonanın canlı resurslarından kimin razlığı ilə istifadə edə bilərlər?

A) Sahilyanı dövlətlərin
B) Beynəlxalq təşkilatların
C) İctimai təşkilatların
D) Qonşu dövlətlərin
E) İqtisadi təşkilatların

İzah premium paketdən sonra göstəriləcək.

69

Daşıyıcının yükün itirilməsinə və ya zədələnməsinə, yaxud yükün çatdırılmasının gecikdirilməsinə görə məsuliyyətinin məhdudlaşdırıldığı hallara aid edilmir:

A) yükün bərkidilməsinə dair tələblər pozulduqda
B) yükgöndərənin və ya yükalanın hərəkətləri və ya hərəkətsizlikləri
C) qarşısıalınmaz qüvvə
D) dənizdə insanların xilas edilməsi üçün istənilən tədbirlər və ya əmlakın xilas edilməsi üçün ağlabatan tədbirlər
E) dövlət orqanlarının hərəkətləri və ya sərəncamları (saxlanma, həbs, karantin və s.)

İzah premium paketdən sonra göstəriləcək.

70

Daxili dəniz sularına məcburi giriş hüqüquna hansı gəmilər malikdir?

A) Bütün yük gəmiləri
B) Bütün hərbi gəmilər
C) Bütün sərnişin gəmiləri
D) Bütün ekspedisiya gəmiləri
E) Bütün köməyə ehtiyacı olan gəmilər

İzah premium paketdən sonra göstəriləcək.

71

Sahilyanı dövlət kontinental şelf üzərində hansı hüquqlara malikdir?

A) Koninental şelfin yaradılması haqqında verdiyi bəyanatda göstərilən hüquqlara
B) Canlı ehtiyatların istismarı ilə bağlı hüquqlara
C) Təbii ehtiyatların kəşfiyyatı və istismarı ilə bağlı hüquqlara
D) Qonşu dövlətlərin razılıq verdiklərin həcmdə müəyyən edilən hüquqlara
E) Beynəlxalq Dəniz Təşkilatının müəyyən etdiyi hüquqlara

İzah premium paketdən sonra göstəriləcək.

72

Azərbaycan Respublikasının daxili dəniz sularına aiddir:

A) Bitişik zona, ərazi dənizi və kontinental şelf
B) Liman suları, körfəz və buxtaların suları
C) Körfəzlər, kontinental şelf və iqtisadi zona
D) Buxtalar, ərazi dənizi və bitişik zona
E) Kontinental şelf, limanlar və ərazi dənizi

İzah premium paketdən sonra göstəriləcək.

73

Xəzərin statusu ilə bağlı Azərbaycanın mövqeyi necədir?

A) Xəzərin həm təkinin, həm də səthinin milli sektorlara bölünməsi
B) Xəzərin təkinin milli sektorlara bölünməsi
C) Xəzərin səthinin milli sektorlara bölünməsi
D) Xəzərin səthinin orta xətt prinsipi ilə bölünməsi
E) Xəzərin təkinin orta xətt prinsipi ilə bölünməsi

İzah premium paketdən sonra göstəriləcək.

74

Gəmi kapitanının hansı hüquqları vardır?

A) Gəmini idarə etmək, təhlükəsizliyi təmin etmək, işə qəbul etmək
B) Gəmini idarə etmək, təhlükəsizliyi təmin etmək, intizamı saxlamaq
C) Gəmini idarə etmək, intizamı saxlamaq, işə qəbul etmək
D) Gəmini idarə etmək, təhlükəsizliyi təmin etmək, sertifikat vermək
E) Gəmini idarə etmək, intizamı saxlamaq, sertifikat vermək

İzah premium paketdən sonra göstəriləcək.

75

Sahilyanı dövlətin iqtisadi zonanın canlı resurslarına münasibətdə suveren hüquqlarına aid deyil?

A) elmi məlumatlar əsasında ümumi mümkün olan ovu, ov imkanlarını və ümumi mümkün ovun məxsusi ov imkanlarından artıq və istifadə olunmayan hissəsinin həcmini müəyyən etmək
B) balıq ehtiyyatlarının istifadə olunmayan artıq hissələrini qanunda nəzərdə tutulan əsasda və beynəlxalq hüquqda tanınan prioritetlər əsasında xarıci dövlətlər arasında paylaşdırmaq
C) xarici ovun zonada tənzimlənməsi qaydalarının və aparılması şərtlərinin, o cümlədən maraqlı dövlətlərlə balıqçılıq üzrə ikitərəfli sazişlər bağlamaq yolu ilə müəyyən edilsin
D) xarici gəmilər tərəfindən milli qanunvericiliyin və beynəlxalq hüququn müvafiq normalarının gözlənilməsi
E) iqtisadi zonanın canlı resurslarının mühafizəsi və öyrənilməsi üzrə zəruri tədbirlərdə iştirak etmək

İzah premium paketdən sonra göstəriləcək.

76

Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizlik Komitəsinin səlahiyyətlərinə daxil deyil:

A) naviqasiya vasitələri
B) gəmilərin tikilməsi və avadanlıqlarla təmin edilməsi
C) gəmi heyətinin toplanması
D) xüsusilə təhlükəli və radioaktiv yüklərin daşınması
E) Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış təsisatlarının və ya başqa orqanların təqdimatı ilə gəmiçiliyin istənilən məsələlərinə baxmaq

İzah premium paketdən sonra göstəriləcək.

77

Ticarət Gəmiçiliyi Məcəlləsinin gəmilərin toqquşmasından vurulan zərərin əvəzinin ödənilməsinı dair qaydaları hansı gəmilərə şamil edilmir?

A) Toqquşan qeyri-kommersiya hökumət xidməti üçün istifadə edilən gəmilərinə
B) Toqquşan hərbi gəmilərə
C) Toqquşan yardımçı hərbi gəmilərə
D) Toqquşan kommersiya gəmilərinə
E) Toqquşan sərhəd gəmilərinə

İzah premium paketdən sonra göstəriləcək.

78

Dəniz nəqliyyatında məsuliyyətin məhdudlaşdırılması nəyə şamil edilmir?

A) Təhlükəli və zərərli maddələrin daşınması ilə bağlı zərərin ödənilməsinə
B) Sərnişinlərin daşınması zamanı gecikmələrə görə ödənilən cərimələrə
C) Gəminin istismarı ilə bağlı ödənilən xərclərə
D) Naviqasiya avadanlıqlarının zədələnməsinə çəkilən xərclərə
E) Yüklərin daşınması zamanı gecikmələrə görə ödənilən cərimələrə

İzah premium paketdən sonra göstəriləcək.

79

“Mare Liberum” konsepsiyası nəyi ifadə edir?.

A) Açıq dənizin dövlətlər tərəfindən bölüşdürülməsini
B) Açıq dənizin heç bir dövlətin suverenliyinə tabe olmamasını
C) Dənizlərin yalnız güclü dövlətlər tərəfindən idarə edilməsini
D) Sahilyanı dövlətlərin ərazi suları üzərində məhdud suverenliyini
E) Dənizlərin yalnız ticarət məqsədilə istifadəsini

İzah premium paketdən sonra göstəriləcək.

80

Müstəsna iqtisadi zonada sahilyanı dövlət hansı müstəsna hüquqa malikdir?

A) Yalnız ticarət etmək hüququ
B) Sualtı kabel və boruların çəkilməsi
C) Naviqasiya azadlığı
D) Uçuş azadlığı
E) Canlı və ya cansız təbii ehtiyatların istismarı

İzah premium paketdən sonra göstəriləcək.

81

Dənizlə sərnişin daşınması ilə bağlı hansı müddəa yanlışdır?

A) Gəmi üzgüçülüyə yararlı olmadıqda belə, daşıyıcının dənizlə sərnişin daşınması müqaviləsinin icrasından imtina etmək hüququ yoxdur
B) Sərnişin müəyyən edilmiş normalar həddində pulsuz kayut baqajını apara bilər
C) Dənizlə sərnişin daşınması müqaviləsinin bağlanması bilet ilə, sərnişinin baqajı təhvil verməsi isə baqaj qəbzi ilə təsdiqlənir
D) Sərnişin özü ilə beş yaşına çatmamış bir uşağı ona ayrıca yer verilmədən pulsuz aparmaq hüququna malikdir
E) Sərnişin gəmi yola düşənədək dənizlə sərnişin daşınması müqaviləsindən imtina edə bilər

İzah premium paketdən sonra göstəriləcək.

82

Aşağıda verilən ifadələrdən yalnız biri doğrudur:

A) Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən eyni tipli gəmilərə eyni adların verilməsi mümkündür
B) Gəminin mülkiyyətçisi dəyişdikdə gəminin adının dəyişdirilməsinə icazə verilmir
C) Gəmiyə verilən adın rəsmiləşdirilməsi Dövlət Radiotezliklər İdarəsi tərəfindən aparılır
D) Gəminin adı 3 (üç) sözdən artıq olmamalıdır
E) Gəminin adı 2 (iki) sözdən artıq olmamalıdır

İzah premium paketdən sonra göstəriləcək.

83

Aşağıda göstərilən ölkələrdən yalnız biri Birləşmiş Millətlər Təşkilatının 1982-ci il tarixli Dəniz hüququ haqqında Konvensiyasını ratifikasiya etmişdir:

A) Türkiyə Respublikası
B) Eritreya Dövləti
C) Amerika Birləşmiş Ştatları
D) Qazaxıstan Respublikası
E) Azərbaycan Respublikası

İzah premium paketdən sonra göstəriləcək.

84

Birləşmiş Millətlər Təşkilatının 1982-ci il tarixli Dəniz hüququ haqqında Konvensiyasına görə açıq dənizdə gəmi hansı dövlətin müstəsna yurisdiksiyasının altındadır?

A) gəminin mülkiyyətçisinin milli mənsubiyyətində olduğu dövlətin
B) liman dövlətinin
C) bayraq dövlətinin
D) ən yaxın sahilyanı dövlətin
E) ən yaxın hərbi gəminin milli mənsubiyyətində olduğu dövlətin

İzah premium paketdən sonra göstəriləcək.

85

Aşağıda göstərilən 300 registr tondan və mühərrikinin gücü 250 kvt-dan az olan gəmi tiplərindən biri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən kiçik həcmli gəmilərin təsnifatı haqqında” 23 aprel 2008-ci il tarixli 97 nömrəli qərarına uyğun olaraq, kiçik həcmli gəmi deyildir:

A) balıqçı
B) gəzinti
C) idman
D) asma mühərrikli
E) yedək

İzah premium paketdən sonra göstəriləcək.

86

Daxili dəniz sularında xarici gəmilər üzərində sahilyanı dövlət cinayət yurisdiksiyasının həyata keçirilməsi ilə bağlı hansı yanaşma doğrudur?

A) Sahilyanı dövlət onun qayda və qanunlarını pozan istənilən gəmi üzərində cinayət yurisdiksiyasını həyata keçirir
B) Xarici gəmilər sahilyanı dövlətin gömrük qanunvericiliyini, sülhü və ümumi qaydanı pozmadıqda onlar üzərində cinayət yurisdiksiyası həyata keçirilmir
C) Sahilyanı dövlət yalnız çox ağır cinayətlərə (məsələn, narkotiklərin qeyri-qanuni dövriyyəsi) görə cinayət yurisdiksiyası həyata keçirir
D) Sahilyanı dövlət hər hansı xarici gəmi üzərində cinayət yurisdiksiyası həyata keçirmir
E) Sahilyanı dövlət hərbi gəmilər istisna olmaqla, digər gəmilər üzərində yalnız xarici gəminin bayraq dövlətinin sorğusu əsasında cinayət yurisdiksiyası həyata keçirir

İzah premium paketdən sonra göstəriləcək.

87

Beynəlxalq dəniz hüququna əsasən, sualtı gəmilər ərazi dənizində necə keçməlidirlər?

A) Dinc keçid barədə bildiriş verildikdən sonra ən azı 40 metr dərinlikdə hərəkət etməklə
B) Tranzit üçün səthə çıxmazdan əvvəl dinc keçid hüququ tələb etməklə
C) Dinc keçid nəzərdə tutulduğu müddət ərzində əvvəlcədən bildiriş verməklə
D) Suyun üzərinə qalxmaqla və bayrağı göstərməklə
E) Əvvəlcədən icazə və ya bildiriş alınmaqla

İzah premium paketdən sonra göstəriləcək.

88

Üçüncü dövlətlərin digər dövlətin müstəsna iqtisadi zonasında balıq ovu ilə məşğul olmaq hüquqları necə müəyyən edilir?

A) Üçüncü dövlətlərin digər dövlətin müstəsna iqtisadi zonasında balıq ovu ilə məşğul olmaq hüququ yoxdur
B) Sahilyanı dövlət yalnız qonşu dövlətlərə öz müstəsna iqtisadi zonasında balıq ovu ilə məşğul olmaq hüququ verə bilər
C) Sahilyanı dövlət öz müstəsna iqtisadi zonasında icazə verilən ovlama həcmindən az balıq ovu etdikdə inkişaf etməkdə olan və dənizə çıxışı olmayan dövlətlərə üstünlük verməklə digər dövlətlərə balıq ovu ilə məşğul olmaq hüququ verə bilər
D) Üçüncü dövlətlərin digər dövlətin müstəsna iqtisadi zonasında balıq ovu ilə məşğul olmaq hüququ müəyyən balıq növləri istisna olmaqla bütün digər balıq növlərinin ovuna münasibətdə təmin edilir
E) Açıq dənizdə tətbiq edilən balıqçılıq azadlığı müstəsna iqtisadi zonada da eyni qaydada tətbiq edilir

İzah premium paketdən sonra göstəriləcək.

89

Hansı körfəzlərin girişinin eni on iki mildən çox olsa da, daxili dəniz suları hesab edilirlər?

A) Tarixi körfəzlər
B) Arxipelaq suları
C) Hüquqi körfəzlər
D) Beynəlxalq körfəzlər
E) Genişləndirilmiş kontinental şelf

İzah premium paketdən sonra göstəriləcək.

90

Hansı halda açıq dənizdə qanunsuz zorakılıq aktı dəniz quldurluğu kimi qiymətləndirilmir?

A) Heyət tərəfindən qiyam yolu ilə ələ keçirilən hərbi gəmi tərəfindən törədildikdə
B) Digər dövlətin dövlət mülkiyyətində olan gəmiyə qarşı törədildikdə
C) Yalnız şəxsi məqsədlər zəminində baş verdikdə
D) Digər gəmiyə qarşı törədilmədikdə və şəxsi məqsədlər zəmində baş vermədikdə
E) Gəminin dəniz quldurluğunu həyata keçirdiyini bildiyi halda onun fəaliyyətində könüllü iştirak etdikdə

İzah premium paketdən sonra göstəriləcək.

91

Dəniz hüququnun üç əsas konsepsiyası hansılardır: 1. Bəşəriyyətin ümumi irsi konsepsiyası 2. “Açıq dəniz” konsepsiyası 3. Ərazi dənizi konsepsiyası 4. Müstəsna iqtisadi zona konsepsiyası 5. Dinc keçid konsepsiyası 6. Azad tranzit konsepsiyası

A) 2; 3; 5
B) 1; 3; 4
C) 1; 2; 5
D) 2; 4; 6
E) 1; 4; 6

İzah premium paketdən sonra göstəriləcək.

92

Aşağıda qeyd edilən fikirlərdən hansılar doğrudur: I. Sahilyanı dövlət özünə məxsus dəniz məkanlarında tətbiq etdikləri qanunvericilikdigər dövlətlərin qanuni maraqlarına toxunmamalıdır. II. Sahilyanı dövlət özünə məxsus dəniz məkanlarından və onların təbii ehtiyatlarından istifadəni tənzim edə bilər. III.Xarici gəmilər icazə olmadan ərazi sularına daxil ola bilməzlər.

A) Yalnız I
B) Hamısı
C) Heç biri
D) I və III
E) II və III

İzah premium paketdən sonra göstəriləcək.

93

Gəmi heyəti üzvlərinə sertifikatların (diplomların) verilməsi şərtlərinə daxil deyil:

A) gəmidə əmək stajı
B) yaşı və sağlamlıq vəziyyəti
C) təhsilinə və peşə hazırlığı
D) ixtisas komissiyaları tərəfindən biliklərinin yoxlanması
E) vətəndaşlıq mənsubiyyəti

İzah premium paketdən sonra göstəriləcək.

94

Liman kapitanının hüquqlarına aid deyil:

A) gəmi sənədlərini, diplomları, xüsusi hazırlıq şəhadətnamələrini və sertifikatların verilməsinin təsdiqnamələrini yoxlamaq
B) gəmilərin limana girişini və çıxışını rəsmiləşdirmək
C) dəniz yollarını və dəniz üzgüçülüyü məqsədləri üçün istifadə edilən digər dəniz ərazilərini müəyyən etmək
D) gəmi jurnallarını yoxlamaq
E) gəmilərin limana girişi və çıxışı qaydalarının tələblərinə əməl olunmasına nəzarət

İzah premium paketdən sonra göstəriləcək.

95

Gəmiyə mülkiyyət şəhadətnaməsi hansı müddətə verilir?

A) 1 il müddətinə
B) müddətsiz
C) 5 il müddətinə
D) gəmi digər şəxsə satılanadək
E) 3 il müddətinə

İzah premium paketdən sonra göstəriləcək.

96

Dövlət bayraq nəzarəti və Dövlət liman nəzarəti yoxlamaları hansılardır?

A) milli və beynəlxalq
B) məhdud və geniş
C) ilkin və sonrakı
D) ilkin və geniş
E) SOLAS və MLC yoxlamaları

İzah premium paketdən sonra göstəriləcək.

97

Hansı halda gəminin limandan çıxmasına icazə verməkdən imtina edilə bilməz?

A) gəminin yüklənməsi yük nişanı haqqında şəhadətnamə üzrə maksimal həddə olduqda
B) məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarı olduqda
C) gəminin yüklənməsinə, təchizatına, gəmi heyətinin komplektləşdirilməsinə dair tələblər pozulduqda
D) gəmi üzgüçülüyə yararlı olmadıqda
E) gəmi sənədlərinə dair tələblər pozulduqda

İzah premium paketdən sonra göstəriləcək.

98

Hansı halda gəminin məcburi olaraq dəniz bələdçisi ilə keçirilməsi tələb edilə bilməz?

A) gəminin avadanlığında onun limanda təhlükəsiz üzməsinə əhəmiyyətli dərəcədə təsir edə biləcək ciddi zədələr olduqda
B) gəminin gövdəsində onun limanda təhlükəsiz üzməsinə əhəmiyyətli dərəcədə təsir edə biləcək ciddi zədələr olduqda
C) heç bir halda
D) gəmi və ya gəmidə daşınan yük dəniz ətraf mühitinə zərər vurmaq təhlükəsini yaratdıqda
E) gəmi kapitanı bələdçi istisna şəhadətnaməsinə malik olduqda

İzah premium paketdən sonra göstəriləcək.

99

Gəmi sahibinin vəzifələrinə aid deyil:

A) gəmi heyəti üzvləri üçün təhlükəsiz əmək şəraitini təmin etmək
B) gəmidə xilasetmə vasitələrinin mövcudluğunu təmin etmək
C) gəminin fasiləsiz olaraq qida və su təchizatını təmin etmək
D) gəminin üzmə marşrutlarını müəyyən etmək
E) beynəlxalq konvensiyaların tələblərinə uyğun gəmi sənədlərinə malik olmak

İzah premium paketdən sonra göstəriləcək.

100

Azərbaycan Respublikasında gəminin reyestrdən mütləq çıxarılmalı olduğu hallara aid deyil:

A) gəmi beynəlxalq konvensiyaların tələblərinə uyğun şəhadətnamələrə malik olmadıqda
B) konstruksiya cəhətdən istismara yararsız hala düşdükdə
C) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda
D) gəminin mülkiyyətçisinin və ya fraxtedəninin ərizəsi əsasında
E) yenidənqurma və ya hər hansı digər dəyişikliklər nəticəsində gəmi keyfiyyətini itirdikdə

İzah premium paketdən sonra göstəriləcək.